Ramil Quliyev Monakoda ikinci oldu


İdman 21 İyl 2018 12:07:00 314 0

Ramil Quliyev Monakoda ikinci oldu

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Brilliant Liqada 200 metr məsafəyə qaçışda ikinci olub. Goal.az xəbər verir ki, 28 yaşlı idmançı Fransanın Monako şəhərində təşkil olunan yarışda 19.99 saniyə ilə ikinciliyi əldə edib. 

ABŞ təmsilçisi Noy Layls 19.65 saniyə ilə birinci, ekvadorlu Aleks Kinones isə 20.03 saniyə ilə üçüncü olub. Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub.