"Yeni transferlər hələ tam hazır deyil"


İdman 21 İyl 2018 11:49:00 272 0

"Yeni transferlər hələ tam hazır deyil"

“Məqsədimiz o idi ki, futbolçularımız 90 dəqiqə meydanda hərəkətdə olsunlar. İstədiyimizi gördük, çoxlu qol epizodları yaratdıq”. Goal.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov  Türkiyə toplanışı çərçivəsində Qətərin "Əl-Xaritiyah" klubu ilə keçirilən yoxlama oyunu haqda danışarkən deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında 1:1 hesaı ilə başa çatan matç şərh edib: “Səhvlərimiz oldu. Bu da futbolçularımızın yorğunluğundan irəli gəlir. Amma ümumilikdə hər şey normal keçdi. Bu qarşılaşmada gənc futbolçulara da şans verdik. Yeni transferlərimizi də son 15 dəqiqədə meydana buraxdıq. Onlar hələ tam hazır deyil, vaxt lazımdır. Komandamız üçün yaxşı oyun oldu. Növbəti qarşılaşmalarda bu oyundakı səhvləri buraxmamağa çalışacağıq”.