Səfir: Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb


Digərləri 21 İyl 2018 11:21:00 277 0

Səfir: Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb

Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb.

Bakı. Rufiz Hafizoğlu - Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib. Səfir qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya, eyni zamanda qardaş toplumlara çatdırılmasında medianın rolu çox böyükdür. E.Özoral vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri fərqli müstəvidədir: "İki ölkə arasında əlaqələr "bir millət - iki dövlət" prinsipinə əsaslanıb". Diplomat bildirib ki, 2018-ci il iki ölkənin münasibətlərində çox mühüm il olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin