"Azərenerji" ötən gün Bakıda bəzi yerlərdə elektrik enerjisinin kəsilməsi SƏBƏBİNİ açıqladı


Digərləri 21 İyl 2018 11:16:00 229 0

"Azərenerji" ötən gün Bakıda bəzi yerlərdə elektrik enerjisinin kəsilməsi SƏBƏBİNİ açıqladı

"Azərenerji" ASC iyulun 20-də axşam saatlarında Bakıda bəzi ərazilərin elektrik enerjisiz qalmasına münasibət bildirib

Bakı. Samir Əli - "Azərenerji" ASC iyulun 20-də axşam saatlarında Bakıda bəzi ərazilərdə elektrik enerjisi verilişində fasilə yaranmasına münasibət bildirib. Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, həmin gün saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.