Adnan Oktarın Azərbaycandakı tərəfdarları kimlərdir? VİDEO


Dünya 21 İyl 2018 09:24:00 285 0

Adnan Oktarın Azərbaycandakı tərəfdarları kimlərdir?  VİDEO

Türkiyədə bir sıra cinayətlərdə ittiham edilərək həbs olunan Adnan Oktarın Azərbaycanda da tərəfdarları olub. Bu şəxslər onun Azərbaycanda bir sıra fəaliyyətlərinin həyata keçirilməsinə dəstək veriblər.

Son.az xezerxeber.az-a istinadən xəbər verir ki, internetdə A.Oktarın tərəfdarlarının "Sizi sevirik", "sayənizdə İslamı öyrəndik", "sayənizdə Darvinizmin yanlış olduğunu öyrəndik" və s. kimi çoxsaylı fikirləri və görüntüləri yer alır.

Onlar Türkiyədə dələduzluq, təcavüz, qanunsuz silah saxlamaq kimi cinayətlərdə ittiham olunaraq həbs edilən Harun Yahya kimi tanınan Adnan Oktarın ünvanına mədhiyyələr deyir, xoş sözlər bildirirlər.

Videodan da aydın görünür ki, bu cərəyan Türkiyədə olduğu kimi, Azərbaycanda da özünə tərəfdar qazanıb. Ancaq onların sayı və cəmiyyətdəki ümumi çəkisi barədə dəqiq məlumat yoxdur.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Adnan Oktarın dini cəmiyyətinin bu qurumda qeydiyyatda olmadığını bildirirlər.

Dövlət Komitəsinin rəsmisi Cahangir Əlifzadə Adnan Oktarın Azərbaycanda kitablarının nəşr edilməsini təşkil edən, eləcə də Adnan Oktar ideyalarını yayan şəxslərin adını da açıqlayıb. O, bu kitabların Azərbaycanda nəşr edilib paylandığını, satıldığını, ancaq həmin kitabların dini yox, elmi məzmunda olduğuna diqqət çəkib.

Komitə rəsmisi Adnan Oktar camaatının sayının Azərbaycanda deyiləndən dəfələrlə az olduğunu və quruma indiyədək onların zərərli fəaliyyəti barədə məlumat və şikayətin daxil olmadığını bildirib.