Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirildi


Digərləri 21 İyl 2018 09:10:00 254 0

Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirildi

İyulun 20-dən 21-nə keçən gecə Bakıda qətl törədilib. Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Rəşad Əliyev 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.