Yeni şüşə smartfonları daha yaxşı qoruyacaq


Digərləri 21 İyl 2018 08:41:00 273 0

Yeni şüşə smartfonları daha yaxşı qoruyacaq

İlk smartfonlarda ekranın kənar hissələrinə qurulmuş qalın çərçivələr yerə düşmə vaxtı qurğunu zərbədən qoruyurdu. Ancaq çərçivəsiz displey və dairəvi kənarlara malik aparatlar şüşə səthlərin möhkəmliyinin yüksəldilməsini vadar edib. "Corning" şirkəti müxtəlif cihazların displeyi üçün kənar təsirlərə qarşı davamlı örtük istehsalçısı kimi istifadəçilərə çoxdan tanışdır. Dünən çoxlu sayda yerə düşməyə dayanıqlı olan "Gorilla Glass" zərbəyə davamlı şüşəsinin yeni nəsli nümayiş olunub.   Son.az ICTnews-a istinadən bildirir ki, "Corning Gorilla Glass 6" şüşəsi 1 metr hündürlükdən 15 dəfə yerə düşməyə dayanıqlıdır, bu halda şüşə sınmır. Müqayisə üçün, əvvəlki nəsil zərbəyə davamlı şüşə eyni şərtlər daxilində 11 dəfə yerə düşməyə dayanıqlı idi. "Corning" şirkətinin araşdırmasına görə, smartfon ildə orta hesabla təxminən 7 dəfə istifadəçilərin əlindən yerə düşür.   Həmçinin daşınan qurğular (məsələn, "ağıllı" saat) üçün nəzərdə tutulmuş "Gorilla Glass DX" və "Gorilla Glass DX+" şüşələri təqdim olunub.