"Google"a görünməmiş cəza


Digərləri 21 İyl 2018 08:45:00 264 0

"Google"a görünməmiş cəza

Avropa Komissiyası ABŞ-ın "Google" şirkətini rekord məbləğdə cərimələmək qərarına gəlib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestager açıqlayıb. O bildirib ki, şirkət Aİ-nin antiinhisar qanunvericiliyini pozduğu üçün 4,34 milyard avro məbləğində cərimə ödəməlidir.

M. Vestager deyib ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız "Google" axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub: "Bu praktika rəqibləri innovasiyaların tətbiqi və rəqabət imkanlarından məhrum edib. Nəticədə avropalı istehlakçılar mobil sahədə effektiv rəqabətin üstünlüklərindən faydalana bilməyiblər".