Təyyarə və qatarın hibridi təqdim edilib VİDEO


Digərləri 21 İyl 2018 08:31:00 295 0

Təyyarə və qatarın hibridi təqdim edilib  VİDEO

Fransanın "Akka Techonologies" şirkəti təyyarə və qatarın hibridini təşkil edən "Link & Fly" layihəsini təqdim edib. Şirkət yeni hazırlamasını nümayiş etdirən videonu özünün "YouTube" kanalında yerləşdirib.   Son.az ICTnews-a istinadən bildirir ki, kadrlarda göstərildiyi kimi, "Link & Fly" yerəenmə vaxtı qanadlarını yığaraq yolunu adi qatar kimi davam edir.   Təyyarənin ölçüləri "Airbus A320" ilə müqayisə edilə bilər: qanadlarının kənar nöqtələri arasındakı məsafə 49 metr, uzunluğu 34 metr, hündürlüyü isə 8 metr təşkil edir. Hava gəmisi 160 sərnişin daşımaq imkanına malikdir.

Elastik ekranlı "Samsung" smartfonu nə vaxt buraxılacaq? "Samsung" şirkəti 2019-cu ilin ilk yarısında kitab kimi bükülən elastik ekranlı smartfon buraxmağı planlaşdırır.   Son.az ICTnews-a istinadən bildirir ki, yeni qurğu portmanat ölçüsünədək tən yarıya əyilən 7 düym diaqonallı ekran, eləcə də iki displeyin enerji ilə təmini üçün yüksək tutumlu akkumulyatorla təchiz ediləcək. Bükülmüş şəkildə ön tərəfdə kiçik displey aktiv olacaq, arxa paneldə isə kameralar quraşdırılacaq. Şayiələrə görə, istehsalına 2011-ci ildə başlanılan smartfonun təqdimatı 2016-cı ilin sonuna gözlənilsə də, buraxılışı bir neçə dəfə təxirə salınıb.   Məlumata görə, təxmini qiyməti 1500 dollar təşkil edəcək smartfon modeli "Winner" ("Qalib") adlanır. Qiymətin baha olması qurğuya xüsusilə oyun həvəskarları arasında populyar məhsul olmağa imkan verəcək. İlkin satışlar uğurlu olacağı təqdirdə Cənubi Koreya şirkəti növbəti ilin ikinci yarısında kütləvi istehsala başlamağı nəzərdə tutur.   Elastik ekranla təchiz edilən smartfonun 2019-cu il yanvarın 8-11-də keçiriləcək "CES" sərgisində təqdim ediləcəyi gözlənilir.