Mobil əlavələrə nə qədər pul xərclənib?


Digərləri 21 İyl 2018 08:15:00 236 0

Mobil əlavələrə nə qədər pul xərclənib?

Bu ilin birinci yarısında tətbiqlərdən yükləmələrin  xərcləri 27,8 faiz artaraq 34,4 milyard dollar təşkil edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Sensor Tower" şirkətinin yeni araşdırmasının nəticələri ilə bağlı dərc etdiyi hesabatda deyilir.

Bu siyahıda lider hələ də "AppStore"dur. Onun payına gəlirlərin 65 faizi və ya 22,6 milyard dollar düşür. Müqayisə üçün bildirək ki, ötən ilin ilk yarımilində "AppStore" 17,8 milyard dollar qazanıb. Yəni son bir il ərzində satışların həcmi 26,8 faiz artıb.