Ətin daha bir təhlükəsi açıqlandı


Digərləri 20 İyl 2018 23:54:00 301 0

Ətin daha bir təhlükəsi açıqlandı

ABŞ-ın Con Hopkins Universitetinin alimləri bildiriblər ki, ət məhsullarının hazırlanmasında istifadə edilən kimyəvi maddələr maniakal sindromu riskini artırır.

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı məqalə "Molecular Psychiatry" jurnalında yayımlanıb. 

Mütəxəssislər 2007-2017-ci illərdə yaşı 18-65 olan, sağlam və ya psixi xəstəlikdən əziyyət çəkən 1101 insan üzərində araşdırmalar aparıblar. 

Məlum olub ki, maniakal sindromundan əziyyət çəkən insanlar sağlam şəxslərdən fərqli olaraq, 3,5 dəfə çox ət yeməkləri qəbul edir.