Azərbaycanlı aktrisa: "Hər gün evlilik təklifi alıram desəm..." FOTO


Kriminal 20 İyl 2018 23:42:00 451 0

Azərbaycanlı aktrisa: "Hər gün evlilik təklifi alıram desəm..."  FOTO

Səbinə Məmmədova: "Sənətimdəki ilk sevincimlə ilk "şillə"mi eyni zamanda aldım" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Səbinə Məmmədova Rusiyanın Mədəniyyət Nazirliyinin dəstəyi və Rusiya Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan XII Beynəlxalq Yay Teatr məktəbində təhsilini başa vuraraq vətəninə geri dönüb. Aktrisa dünyanın 30 teatrı və Rusiyanın 40 şəhərindən olan teatr aktyorları ilə birgə Moskvada keçirilən Beynəlxalq Yay teatr məktəbində ölkəmizi təmsil edib. Səfərdən dönər-dönməz "Kaspi"-nin qonağı olan Səbinə Məmmədova səfər təəssüratlarını bizimlə bölüşdü. Onunla ilk dəfə 5 il bundan öncə - teatra yeni gəldiyində görüşmüşdük. O zaman ilk debütünü yaşayan gənc aktrisa bu 5 il ərzində teatrda irili-xırdalı bir çox tamaşalarda biri-birindən maraqlı obrazlar canlandırıb. Teatrda bir çox obrazların müəllifi olan aktrisaya müasir Leyli deyənlər də az deyil. Bu da onun "Leyli və Məcnun" tamaşasındakı Leyli obrazından irəli gəlir. Uşaqlar isə onu "Çeburaşka" kimi tanıyır və sevirlər.    - Səbinə xanım, istərdik söhbətə yay məktəbindəki iştirakınızdan başlayaq.

- Əslində yay məktəbinə ötən il getmək istəyirdim. Qismət elə gətirdi ki, iyunda Qazaxıstanın Astana şəhərinə qastrol səfərimiz baş tutdu. Bu da yay məktəbi ilə üst-üstə düşürdü. Ona görə də fikrimdən daşındım. Ancaq bu il istəyimə nail oldum. Əmin oldum ki, insan bir şeyi həqiqətən, ürəkdən istəyirsə, o arzusu mütləq həyata keçir. Yay məktəbinin elanı verildiyini eşidəndə, sənədlərimi hazırlamağa başladım. Bizim teatrda səhnə plastikasından dərs deyən müəllimimiz Ceyhun Dadaşovdan mənə kömək etməyini xahiş etdim. Sağ olsun, o da öz dəstəyini əsirgəmədi. Son ana qədər elə zənn edirdim ki, artıq məni qəbul etməyiblər. Hətta bunun üçün böyük ruh düşkünlüyü yaşayırdım. Dostlarım mənə qəbul olunduğumu deyəndə, sevincimin həddi-hüdudu yox idi. Adlarımız açıqlandıqdan sonra ilkin mərhələdə bizə bir çox materiallar verdilər ki, onları oxuyub, hazır şəkildə məktəbə gedək. Ora gedənə qədər bir ay ərzində 5 bədii film, 3 sənədli film, 4 animasiya filmi izlədim, 1 kitab oxudum. Bu bir ayda öyrəndiklərimin özü belə mənim üçün bir məktəb oldu.

- Sosial şəbəkədən izlədiyim qədəri ilə, dərsləriniz çox səmərəli keçib.

- Bəli, bu məktəbdən çox şey öyrəndim. Bir klassik əsər hazırladıq. Mən orada müasirliyi qoruyaraq maraqlı bir obraz təqdim etdim. Sonda münsiflər heyəti də ifamı bəyəndiyini qeyd etdi. Heç bir  kompleks hissi yaşamadan çimərlik geyimi ilə səhnəyə çıxdım. Mühit tamama başqa idi. Rejissorlar aktrisaya obrazı həvalə edərkən onun boyunun, çəkisinin heç də fərqinə varmırlar. Rejissorlar üçün istedad hər şeydən öndə gəlir.  

- Şərq qadınına bənzədiyiniz üçün yəqin ki, sizə o tip bir obraz həvalə ediblər.

- (Gülürük) Orada mənə "gözəl, cazibədar, istedadlı Şərq qadını" deyirdilər. 

- Hansı ölkənin aktyorları ilə tanış olmaq imkanı əldə etdiniz?

- MDB ölkələrinin aktyorları daha çox idi. Ərəb Əmirliklərindən, ABŞ-dan, Şotlandiyadan və digər ölkələrdən, o cümlədən dost və düşmən ölkələrin nümayəndələrini bu məktəbdə görmək mümkün idi.  

- Hazırda çalışdığınız teatrda əsas mövzu teatr rəhbərliyinin dəyişməsidir.  İndi teatrda hansı proseslər gedir?

- Mən orada təhsil alarkən sosial şəbəkələrə girmək üçün vaxtım yox idi. Bu xəbəri eşidəndə çox təəccübləndim. Çünki biz belə bir dəyişikliyin olacağını gözləmirdik. Ümid edirəm ki, yeni rəhbərimiz Naidə xanım da Mübariz müəllim kimi bizləri başa düşəcək və daim öz dəstəyini əsirgəməyəcək. 

- Sosial şəbəkədən söz düşmüşkən, "Facebook"da, "İnstagram"da çox aktivsiniz. Bunu işinizin bir parçası hesab edirsinizmi?

- Sosial şəbəkələrdə çox olmuram. "İnstagram" səhifəmi 3 ildir ki, açmışam. 3 il ərzində  20 mindən çox izləyicim var. Mənə yazılan mesajların hamısına cavab yazmağa vaxtım olmur. Əslində sosial şəbəkəyə zamanım olduğu müddətcə daxil oluram.    - Mesajların içərisində sevgisini bildirən, evlilik təklif edənlər necə, varmı?

- (Gülürük) Hər gün evlilik təklifi alıram desəm, yalan olar. Amma onların içərisində sevgisini etiraf edənlər, mənimlə görüşmək istəyənlər də az deyil.

- Tənqidlərlə aranız necədir?


Xəbərə aid fotolar