ABŞı heyrətləndirən azərbaycanlı qız FOTO


Digərləri 20 İyl 2018 23:30:00 281 0

ABŞı heyrətləndirən azərbaycanlı qız  FOTO

Selcan əldə etdiyi biliklərlə yaşıdlarından çox irəlidədir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

15 yaşı bu günlərdə tamam olub, ABŞ-da yaşayır. Növbəti tədris ilində 10-cu sinifdə oxuyacaq, həm də Şimali Dakota Universitetinin 2-ci kursuna gedəcək. Riyaziyyata böyük marağı var. O, orta məktəbin riyaziyyat proqramını öyrənib tamamladığı üçün imtahan verib, indi də universitetdə riyaziyyat dərsləri alır. Söhbət azərbaycanlı qız Selcan Əhmədlidən gedir. Bu bir istedaddır, yoxsa zəhmətin bəhrəsi? Elə bu sauala cavab tapmaq üçün Selcanın valideynləri və özü ilə söhbətləşdik.

Selcanın atası Azər Əhmədov da riyaziyyat sahəsindədir, Şimali Dakota Universitetində riyaziyyat professorudur. Deyir ki, qızı bu nəticəni zəhməti sayəsində əldə edib: "Vunderkind tipli uşaq olmayıb, qazandığı biliklərin çoxunu da ağır zəhmət hesabına əldə edib. Bu sahədə yetənəklidir, amma həm də vaxt sərf edir, çalışıb öyrənir. Biz onu burda bağçaya da çox göndərmədik. Çünki davamlı olaraq bağçaya qoysaydıq, ingilis dili onda birinci dil olacaqdı və Azərbaycan dilini öyrənməyəcəkdi. Birbaşa birinci sinifdən öncəki hazırlıq sinfinə gedib. Əvvəl Azərbaycan dilini öyrəndi, sonra ingilis dilini".

Bir növ yaşından əvvəl böyüyüb 

A.Əhmədli deyir ki, övlad yetişdirilməsində elə fərqli üsul tətbiq etməyiblər: "Uşağın təlim-tərbiyəsində xüsusi üsulumuz, prinsipimiz olduğunu deyə bilmərəm. Lap kiçik yaşlarından yoldaşım ona dəmir nizam-intizam öyrədib. Əvvəllər, mən bir az bununla razılaşmırdım, amma indi yoldaşıma minnətdaram ki o yolu seçdik. Lap kiçik yaşlarından nizam-intizamlı uşaq olub. Bir növ yaşından əvvəl böyüyüb. 5 yaşında artıq çox şeyi anlayırdı. Çox rahat uşaq olub, bizi heç vaxt incitməyib. Harasa gedəndə özünü o qədər yaxşı aparırdı ki, təəccüblənirdik. Uşağa sevgi verərək böyütmüşük, başqa prinsipimiz olmayıb".

Atası deyir ki, qızında mənəvi xüsusiyyətləri daha çox kəşf edib: "Orta məktəbin ilk siniflərindən mənəvi keyfiyyətləri daha çox hiss olunurdu. Çox xeyirxahdır, həddindən artıq hissiyyatlı uşaq olub. Bu yaşa gəlib, amma inanmıram ki, yalan danışsın. Təbiəti, heyvanları dəhşətli dərəcədə sevən birisidir. Həmişə arzusu zooparkda könüllü işləmək olub. Yaşına görə indiyə qədər bu arzusu reallaşmayıb. Amma artıq yaşı buna imkan verir. Bu yay zooparka könüllü işləməklə bağlı icazəni alıb".

...yaşıdlarından irəli keçə bilib

Selcanın anası Kəmalə Qasımlı deyir ki, qızı məktəbə gedən gündən dərslərinə məsuliyyətlə yanaşıb: "Hələ balaca yaşlarından musiqiyə və idmana gedib. Məktəbə gedəndə isə dərslərinə çox yaxşı hazırlaşıb, intizamlı olub. Son 4 ildə yoldaşım da onunla dərsdən kənar məşğul olub. Özünün marağı olduğu üçün hər zaman atasına suallar verirdi, Azər də onun marağını gördüyü üçün əlavə məsələ və misallar verirdi. O da çalışırdı ki, tez həll edib bunu bacardığını göstərsin. Belə-belə o nələrsə edə bildi, yaşına görə əldə etdiyi biliklərlə çox irəlidədir. Riyaziyyat və digər fənnlərdə yaşıdlarından irəli keçə bilib".

Marağım olmasaydı, bura yönəlməzdim


Xəbərə aid fotolar