Avtomobil piyadanı vuraraq öldürüb


Digərləri 20 İyl 2018 23:12:00 245 0

Avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb. Son.az APA-ya istinadən bildirir ki, hadisə Xan Qərvənd kəndində baş verib. Hələ ki markası məlum olmayan hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Ziyəddin Əli oğlunu vurub. Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.