"Turin kəfəni"nin saxta olduğu üzə çıxdı


Digərləri 20 İyl 2018 22:44:00 292 0

"Turin kəfəni"nin saxta olduğu üzə çıxdı

İtaliyanın Turin şəhərindəki Vəftizçi Yohann kafedralında saxlanılan və xristian dünyasında ən mübahisəli müqəddəs əmanət olan qədim parça qalıqlarının İsa Peyğəmbərin dəfnində istifadə edilmiş kəfən olduğu iddia edilirdi.

Son.az bildirir ki, ən müasir texnologiyaların köməyi ilə alimlərin apardığı tədqiqatlar "Turin kəfəni" adlanan və ölçüsü 4,4x1,1 metr olan bu əmanətin orta əsrlərdə düzəldilmiş saxta kətan parçası olduğunu üzə çıxarıb.

Roma Katolik Kilsəsi qan ləkəsinin təhlili modelinin (Bloodstain Pattern Analysis) "Journal of Forensic Sciences" jurnalında dərc olunmuş nəticələrinə rəsmi mövqe bildirməyib.