Uşaqların genetik modifikasiyası mübahisələr doğurub


Digərləri 20 İyl 2018 22:47:00 304 0

Uşaqların genetik modifikasiyası mübahisələr doğurub

Uşaqların genetik modifikasiyası Böyük Britaniya alimləri arasında mübahisələrə səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nuffield Bioloji Etika Şurası bununla bağlı hesabat dərc edib. Qeyd olunub ki, insan rüşeymində DNT-nin dəyişdirilməsi uşağın maraqlarına uyğun olduğu təqdirdə "mənəvi cəhətdən yolveriləndir". Söhbət valideynlərin arzusu ilə dünyaya genetik modifikasiya olunmuş xüsusi istedadlı körpələrin gətirilməsindən gedir.

Lakin bir çoxları bu fikirlərlə razılaşmır və hesab edirlər ki, bu metodun geniş yayılması cəmiyyətdə bərabərsizliyi və parçalanmanı gücləndirə bilər. Hesabat müəllifləri isə bəyan ediblər ki, bu sahədə ölkə qanunvericiliyinin dəyişdirilməsini deyil, genetik modifikasıyanın təhlükəsizliyi və səmərəliliyi üzərində tədqiqatlar aparılmasını istəyirlər. Şuranın nəzdində yaradılmış işçi qrupunun sədri, hüquq professoru Karen Yunq deyib: "Biz də insanın gen xəritəsinin dəyişdirilməsinin yolverilməz olduğu qənaətindəyik. Bu məsələdə prinsiplərdən kənara çıxmaq olmaz".