Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokda olduğunu bildirib


Dünya 20 İyl 2018 22:35:00 273 0

Paşinyan ölkədəki korrupsiyanın miqyasından şokda olduğunu bildirib

Korrupsiya haqqında gündəlik məlumatlar şok edir. Son.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Erməni cəmiyyətində həmişə bəlli problemlərdən danışılır, amma elə də aşkar olmayan, lakin əhəmiyyəti heç də az olmayan məsələlərə çox az diqqət yetirilir. Mən təəccüb edirəm. Əvvəllər mən çalışırdım sərt tənqidlərə, qabartmalara yol verməyim, lakin bu gün ölkədəki korrupsiyanın miqyasından şokdayam. Bu ağlasığmaz dərəcədədir", - deyə Nikol Paşinyan qeyd edib.

N.Paşinyanın sözlərinə görə, korrupsiyaya dair ən sərt çıxışı ölkədəki korrupsiyanın real miqyası ilə müqayisədə gülüncdür.   

Ermənistanın baş naziri ölkədəki çoxsaylı problemlərdən təəccüblənməkdə davam etdiyini bildirib.