Bakıda iki uşaq anası evdən qaçıb 7 yaşlı Fuad və onun lalkar qardaşı 6 yaşlı Allahverdi günlərdir göz yaşı tökür VİDEO


Digərləri 20 İyl 2018 22:20:00 344 0

Bakıda iki uşaq anası evdən qaçıb  7 yaşlı Fuad və onun lalkar qardaşı 6 yaşlı Allahverdi günlərdir göz yaşı tökür  VİDEO

Bakıda iki uşaq anası 4 gündür ki, yoxa çıxıb.

Son.az bildirir ki, itkin düşən İlahə Əsədovanın övladları - 7 yaşlı Fuad və onun lal-kar qardaşı 6 yaşlı Allahverdi hər gün anasının yolunu gözləyir. Uşaqlar anaları ilə bağlı nəsə eşidəndə göz yaşlarına hakim ola bilmirlər.

İki uşaq anasından günlərdi ki, xəbər yoxdur. Paytaxtın Zaqulba qəsəbəsində yaşayan İlahə Əsədova 4 gündür ki, övladlarını və həyat yoldaşını tərk edib.

İlahə Əsədova hara getməsi barədə heç kimə məlumat verməyib. Bir neçə gündür davam edən axtarışlar isə hələ ki, nəticə verməyib. Ata çörək pulunu fəhləlik edərək qazanır. Evdə atasız və anasız qalan azyaşlı uşaqlar isə özləri yemək hazırlamaq məcburiyyətində qalıblar.