Kasıblar geyinməsin deyə 118 milyon dollarlıq brend geyimlər yandırıldı FOTO


Digərləri 20 İyl 2018 22:10:00 338 0

Kasıblar geyinməsin deyə 118 milyon dollarlıq brend geyimlər yandırıldı  FOTO

Britaniyanın lüks brendi "Burberry" ötən il 36 milyon dollar məbləğində məhsullarını yandırıb.

Son.az xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat verib. Nəşrin məlumatına görə, geyim markasının demək olar ki, son beş il ərzində 118 milyon dollarlıq malları məhv edilib. Mənbələr bildiriblər ki, moda evi brend məhsulların endirimli satışından imtina edərək bahalı məhsulların ucuz insanlara satılmaması üçün onların yandırılmasına qərar verib.

"Burberry" isə inandırır ki, köhnə kolleksiyanın geyimləri xüsusi ekoloji zibil qurğularda təkrar emal edilir və bu prosesdə əldə olunan xammal istehsalda yenidən istifadə olunur. Bununla belə brendin bu addımı sosial şəbəkədə kəskin tənqid edilib.


Xəbərə aid fotolar