Qadının qışqırığı ayını qorxutdu VİDEO


Digərləri 20 İyl 2018 22:00:00 327 0

Qadının qışqırığı ayını qorxutdu  VİDEO

Kaliforniya ştatının sakini Brittani Kristensen vəhşi ayını həyətindən qışqırığı ilə qovub. 

Son.az oxu.az-a istinadən bildirir ki, o, bununla bağlı videonu "Facebook" hesabında yayıb. 

Videoda qara ayının evə daxil olmaq istədiyi görünür. Əvvəlcə qadın bir neçə dəfə "yox" deyir, heyvan isə buna reaksiya vermir. 

Ayı pilləkənləri qalxdıqda isə qadın qışqırır: "Yox! Get! Get buradan!" Bu zaman qorxmuş ayı qaçaraq həyətdən çıxır.