İstidən bezib, elə bir şey düzəltdi ki... Cəmi 78 qəpiyə başa gəlir FOTO


Digərləri 20 İyl 2018 21:48:00 426 0

İstidən bezib, elə bir şey düzəltdi ki...  Cəmi 78 qəpiyə başa gəlir  FOTO

Türkiyədə yaşayan 35 yaşlı qəssab Əli Doğan isti havadan bezib, maraqlı bir çarə tapıb.

Son.az xəbər verir ki, Doğan baha olduğu və insan səhhətində problemlər yaratdığı üçün kondisioner almaq istəməyib. Təxminən ay yarım araşdırdıqdan sonra kafedə gördüyü sərinkeşlərdən ruhlanaraq daha sağlıqlı bir "kondisioner" yaratmağa qərar verib.

Təxminən 300 TL-yə aldığı sərinkeş pərlərini boş bir həsirlənmiş böyük şüşəyə yerləşdirib. Su və buz parçaları ilə işləyən bu qurğunun enerji sərfiyyatı isə saatda yalnız 7-8 qəpik tutur. Son dərəcə qənaətcil olan qurğunun iş sistemi də çox sadədir.


Xəbərə aid fotolar