7 aylıq hamilə arvadını döyədöyə öldürdü DƏHŞƏT


Digərləri 20 İyl 2018 21:33:00 288 0

7 aylıq hamilə arvadını döyədöyə öldürdü  DƏHŞƏT

Türkiyənin Qaziantep bölgəsində 7 aylıq hamilə qadın dini nikahda yaşadığı əri tərəfindən döyülərək öldürülüb.

Son.az xəbər verir ki, iddiaya görə, Aysel Kurtla dini nikahda yaşadığı İ.Ç arasında dünən axşam saatlarında səbəbi bilinməyən bir münaqişə yaşanıb.

İ.Ç-nin mübahisə zamanı A.Kurtu döyməsini öyrənən yaxınları hadisəyə müdaxilə edib. Cütlüyü sakitləşdirdikdən sonra evdən çıxıblar. Səhər təkrar evə gələn yaxınları A.Kurtu yerdə huşsuz halda tapıblar.

Qadın təcili xüsusi maşınla xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının 7 aylıq hamilə olduğu və uşağın da öldüyü bildirilib.