Qadın qohumunu bıçaqlayan şəxs tutuldu


Digərləri 20 İyl 2018 20:48:00 227 0

Qadın qohumunu bıçaqlayan şəxs tutuldu

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, iyulun 19-da Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən F.Şahsuvarov saxlanılıb.