Cəlilabadda su anbarında batan şəxsin meyiti tapıldı


Digərləri 20 İyl 2018 20:27:00 233 0

Cəlilabadda su anbarında batan şəxsin meyiti tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Privolnoye kəndində, Göytəpə su anbarında bir nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

1986-cı il təvəllüdlü Əzizov Asif Əvəz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, əməliyyat başa çatıb.