Nazir müavini: Bu il məhkəmə qərarından nəticə çıxarmayan 220 şəxs barəsində cinayət işi açılıb


Digərləri 20 İyl 2018 19:24:53 517 0

Nazir müavini: Bu il məhkəmə qərarından nəticə çıxarmayan 220 şəxs barəsində cinayət işi açılıb

Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması ilə icra xidmətində də iş həcmi xeyli artıb.

Bakı. Samir Əli - Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması ilə icra xidmətində də iş həcmi xeyli artıb. Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının rəhbərlərinin iştirakı ilə 2018-ci ilin birinci yarımilində məhkəmə qərarlarının, o cümlədən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə deyib. Onun sözlərinə görə, 2018-ci ildə icrası təmin edilən işlərin sayı 320 minə yaxın təşkil edib, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 190 milyon manata yaxın vəsait ödətdirilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2 392 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1 489 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 220 şəxs barəsində cinayət işi başlanılıb.