Şahzadənin qayınatası ad gününü tək qeyd etdi FOTO


Digərləri 20 İyl 2018 19:12:00 571 0

Şahzadənin qayınatası ad gününü tək qeyd etdi  FOTO

Britaniya şahzadəsi Harrinin xanımı, Sasseks hersoginyası Meqan Markl ilə atası Tomas Markl arasında hələ də umu-küsü qalır. Meqan atasını danıhdırmır və onunla əlaqə saxlamaq da istəmir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, dünən 74 yaşlı Tomas Markl ABŞ-ın Los-Anceles şəhərində "McDonald's" restoranlarından birində "Happy Meal" alarkən reportyorların kameralarına tuş gəlib.

O, ad gününü bu minvalla qeyd edib.

Meksikadakı Rosarito şəhərində yaşayan Tomas Markl daha sonra "Bank of America"nın filialına yollanıb, oradan da UPS ofisinə gedib.