Kukesi qapıçısı ilə yollarını ayırıb


İdman 20 İyl 2018 18:49:00 439 0

Kukesi qapıçısı ilə yollarını ayırıb

Qarabağ-ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Kukesi qapıçısı ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, rəhbərlik Enea Koliçiyə qapını göstərib. Ötən mövsüm aparıcı qapıçı olan Koliçi ailəvi səbəbdən komandadan ayrılıb. 32 yaşlı qolkiper ailəsinin Yunanıstanda yaşadığını əsas gətirərək, həmin ölkənin klubları ilə danışıqlara başlayıb. Koliçinin karyerasını Smirni Apollon-unda davam etdirməsi gözlənilir.

Albaniyalı olmasına baxmayaraq, karyerasına Yunanıstanda başlayan gənclər millisinin sabiq üzvü bu ölkədə İraclis, Olympiacos və Panserraicos-un formasını geyinib. Qarabağ-la Kukesi arasındakı oyunlar iyulun 25-də Şkoderdə, avqustun 1-də isə Azərbaycanda keçiriləcək.