Bakıda bağ sahəsində ağaclar yandı


Digərləri 20 İyl 2018 18:05:00 268 0

Bakıda bağ sahəsində ağaclar yandı

Bakıda bağ sahəsində ağaclar yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Xətai rayonu, Gəncə prospektində doqquzmərtəbəli yaşayış binasının arxasında yerləşən bağ sahəsində 350 m² sahədə taxta tullantıları, kol-kos və bir neçə ağac yanıb.

Yanğın saat 16:25-də yanğın bölmələri tərəfindən söndürülüb.