Tebas: "Oyunçular İspaniyada çox pul itirirlər"


İdman 20 İyl 2018 18:05:00 237 0

Tebas: "Oyunçular İspaniyada çox pul itirirlər"

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Real-dan İspaniyadakı yüksək vergi dərəcələrinə görə gedib. Goal.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tabes bu fikirdədir.

“İspaniyadakı yüksək vergi dərəcələri səbəbi ilə Ronaldo İtaliyada daha çox qazanacaq. Biz sərfəli vəziyyətdə deyilik. İspaniya vergi baxımından top-liqalar arasında ən pis durumdadır. Oyunçular burada çox pul itirirlər. Biz bu problem üzərində düşünməliyik. Çünki bu durum çempionatın potensialına bərk zərbə vura bilər”.

2009 – 2018-ci illərdə Real Madrid-də çıxış edən Ronaldo 100 milyon avro müqabilində Juventus-a transfer olunub. Turin klubu ilə 4 illik müqavilə bağlayan 33 yaşlı hücumçunun illik maaşı 30 milyon avro olacaq.