Kaliniç dünya çempionatının medalından imtina etdi


İdman 20 İyl 2018 17:46:00 224 0

Kaliniç dünya çempionatının medalından imtina etdi

Dünya çempionatının qrup mərhələsinin ilk oyunundan sonra Xorvatiya millisinin heyətindən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib.Goal.az xəbər verir ki, bu barədə hücumçu Xorvatiya mətbuatına açıqlama verib.

O, komandasının uğurunda pay sahibi olmadığını əsas gətirərək medalı istəmədiyini deyib: "Medal üçün təşəkkür edirəm. Amma mən Rusiyadakı mundialda oynamamışam".

Kaliniç xorvatların mundiala vəsiqə qazanmasında yaxından iştirak edib. O, Yunanıstanla pley-off mərhələsinin matçında qələbə qolunun müəllifi olub.

Kaliniç DÇ-2018-in qrup mərhələsinin ilk turunda Nigeriya ilə matçın sonuna 5 dəqiqə qalmış çiynində ağrı olduğunu bəhanə gətirərək, əvəzetmədən meydana çıxmaq istəmədiyi üçün komandadan kənarlaşdırılmışdı. Yığmanın baş məşqçisi Zlatko Daliç isə bunun ilk dəfə baş vermədiyini bildirərək, Kaliniçi evə göndərmişdi.