İKT üzrə tədbirlər 47 faiz tam icra edilib (FOTO)


Digərləri 20 İyl 2018 17:42:00 250 0

İKT üzrə tədbirlər 47 faiz tam icra edilib (FOTO)

Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

Bakı. Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb. Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Trend-ə bildirib ki, adıçəkilən strateji yol xəritəsi üzrə icra səviyyəsi bir daha onu göstərir ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların müsbət təsirləri telekommunikasiya sektorunda davamlı inkişafı təmin edib. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilən tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 47 faizinin icrasının tamamlandığını, 28 faizinin qismən icra edildiyini, 25 faizinin isə icra edilmədiyini bildirib.