Nazir: "Qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub"


Digərləri 20 İyl 2018 17:24:00 262 0

Nazir: "Qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub"

"Azərbaycanda ilbəil müəllimlik peşəsinə gəlmək istəyən gənclərin sayı artır. Bu isə bizi çox sevindirir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu il müəllim işləmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən çox olub: "İmtahanlarda iştirak edənlərin sayı isə 46 mindən çoxdur".

Nazir hesab edir ki, bu sahədə qəbul edilən normativ-hüquqi aktlar, bu prosesin şəffaf keçirilməsi insanların bu sahəyə marağını və inamını artırıb.