Neftçi-nin kapitanı uzun müddətə sıradan çıxdı


İdman 20 İyl 2018 17:28:00 325 0

Neftçi-nin kapitanı uzun müddətə sıradan çıxdı

Azərbaycan milli komandasının və "Neftçi" klubunun futbolçusu Ruslan Abışov 6 ay müddətinə sıradan çıxıb. Goal.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçinin qardaşı və meneceri Sərxan İbrahimoğlu bildirib. 

"Ağ-qaralar"ın kapitanı Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"ə 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib. O, meydanı xərəkdə tərk etməli olub və yerini Tural Axundova verib. 

İlk oyunu 3:1 hesablı qələbə ilə başa vurmasına baxmayaraq, səfərdəki böyük hesablı məğlubiyyət üzündən "ağ-qaralar" Avroliqa ilə vidalaşıb.