İDDİA: Roberto Bordin istefaya göndərilə bilər


İdman 20 İyl 2018 17:06:00 250 0

İDDİA: Roberto Bordin istefaya göndərilə bilər

Neftçi yenicə baş məşqçi vəzifəsinə gətirdiyi Roberto Bordini istefaya göndərə bilər. Goal.az xəbər verir ki, İtaliyanın Tuttomercatoweb saytı bu ehtimalı "ağ qaralar"ın səfərdə Ujpest-ə biabırçı məğlubiyyətinə görə ortaya atıb. “Bordinin Neftçi macərası çempionat başlamadan bitə bilər. Çünki Macarıstandakı böyük hesablı məğlubiyyət klub rəhbərliyinin narazılığına səbəb olub. Demək olar ki, bu məğlubiyyət Bordinin kreslosunu laxlatdı”.

Neftçi Bakıda qazandığı 3:1 hesablı qələbənin revanşında səfərdə Ujpest-ə 0:4 hesabı ilə uduzaraq, Avroliqaya birinci təsnifat mərhələsindəndən vida edib.