Qarnı şişdiyi üçün həkimə getdi: həqiqəti öyrənəndə


Dünya 20 İyl 2018 16:33:00 315 0

Qarnı şişdiyi üçün həkimə getdi: həqiqəti öyrənəndə

Avstraliyanın Melburn şəhərində yaşayan Sabrina Jansz bel ağrısı ilə getdiyi xəstəxanada ağciyər xərçəngi xəstəsi olduğunu öyrənib. 

Son.az "7 News"-a istinadən xəbər verir ki, 32 yaşlı idman jurnalisti Jansz son zamanlarda qarnında şişkinlik problemi ilə qarşı-qarşıya qalmışdı. Bu şikayətlərdən sonra həkimə gedəndə eşitdikləri qarşısında şok olub.

Jansz "Həyatımda heç zaman siqaret çəkmədim, bu səbəbdən xərçəngə tutulmaq üçün bir səbəb yox idi" deyib. Diaqnoz qoyulduqda şiş artıq Janszın ayaqlarına, qaraciyərinə, bağırsaqlarına, beyin və onurğasına yayılmışdı. Jansz eksperimental bir dərman qəbul etməyə başladı. Beləcə, beynindəki və onurğasındakı xərçəng hücreyrələrindən xilas olacaqdı. Bu həbi qəbul edərkən əks təsirə məruz qaldığını söyləyən Jansz "20 kilo arıqladım, yüksək xolesterol xəstəsiyəm. Bundan əlavə, bu həb əllərimdə və ayaqlarımda şişkinliyə də səbəb oldu" deyib. Ancaq xərçəng hüceyrələri kiçilmişdi.


Xəbərə aid fotolar