"Cənub Qaz Dəhlizi" layihəsinə güclü dəstəyi davam etdirəcəyik" FOTO


Digərləri 20 İyl 2018 16:14:00 271 0

"Cənub Qaz Dəhlizi" layihəsinə güclü dəstəyi davam etdirəcəyik"  FOTO

"ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinə güclü dəstəyini davam etdirəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru Caydev Sinkx daxil olmaqla Energetika Nazirliyində keçirilmiş görüşdə deyib.

V.Gill bildirib ki, ölkəsi Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlıqda qətiyyətlidir.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovla nümayəndə heyəti arasında keçirilən görüşdə iki ölkə, USAİD ilə Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq, "Elektrik Enerjisi Bazarı" haqqında qanun layihəsinə dair müzakirələr aparılıb. Vaşinqtonda 27-ci Dünya Qaz Konfransında Azərbaycanın energetika nazirinin iştirakı və tədbir çərçivəsində baş tutmuş yüksək səviyyəli görüşlərin Azərbaycan-ABŞ əlaqələrinin möhkəmləndirilməsində rolundan bəhs edilib, enerji əməkdaşlığının gələcək inkişafı üçün qaldırılan məsələlərin əhəmiyyətindən danışılıb.


Xəbərə aid fotolar