Gələn il Gəncədə süni mərmər və qranit istehsalı zavodu işə düşəcək (FOTO)


Digərləri 20 İyl 2018 16:11:00 590 0

Gələn il Gəncədə süni mərmər və qranit istehsalı zavodu işə düşəcək (FOTO)

İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib

Bakı. Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Göygöldə Şəmkir, Goranboy və Göygöl rayonlarından olan vətəndaşları qəbul edib. İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gələnlər güzəştli kreditlərin verilməsi, turizmin inkişafı, heyvandarlıq, bitkiçilik, tikinti materialları istehsalı müəssisəsinin tikintisi, sanatoriya-müalicə fəaliyyətinə lisenziya verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb. Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, meyvəçilik, müasir texnologiyalar əsasında mebel istehsalının təşkili, soyuducu anbar kompleksinin tikintisi, mehmanxana kompleksinin genişləndirilməsi və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.