"Azərbaycanda ekosistemin inkişafı üçün daha çox iş görülməlidir" FOTO


Digərləri 20 İyl 2018 16:05:00 246 0

"Azərbaycanda ekosistemin inkişafı üçün daha çox iş görülməlidir"  FOTO

Baku Business Factory (BBF) ilə əməkdaşlıq edən "Senior Expert Services" (SES) şirkətinin eksperti Qabi Himsos təşkilatın Almaniya Xarici Ticarət Palatasına gondərdiyi müraciətə əsasən Bakıda üçhəftəlik işgüzar səfərdədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi BBF-də olan startaplarla fərdi və qrup şəklində görüşlər keçirmək, onlarla Almaniya təcrübəsini paylaşmaq və startapların alman şirkətləri ilə əlaqələrinin yaradılmasına kömək göstərməkdir.

Bununla yanaşı, qonaq Almaniyada əməkdaşlıq etdiyi biznes inkubasiya mərkəzləri ilə BBF arasında əlaqə yaratmaqla onun rezidentlərinin Almaniya bazarına daxil olmasına yardım edəcək.

Səfər zamanı Qabi Himsos Trend İnformasiya Agentliyinə müsahibə verməyə və səfərlə bağlı fikirlərini bölüşməyə razılaşıb.

- Bu yaxınlarda Baku Business Factory-də oldunuz. Səfərlə bağlı təəssüratlarınız necədir?

- Təəssüratım çox yaxşıdır. Ofisin parlaq və mehriban mühiti var. BBF gənc sahibkarlara biznesin təməlini qoymaq üçün geniş imkanlar yaradır və bu, çox gözəldir, çünki çox vaxt bu sahibkarlar ofis məkanının dəyərini ödəyə bilmirlər və ya qeydiyyatdan keçmək, işlərini daha da genişləndirmək üçün yetərincə məlumata sahib deyillər. Bunlar yeni sahibkar üçün həqiqətən vacib məsələlərdir.

- BBF-də hansı startaplar diqqətinizi daha çox çəkdi?

- BBF-də startapların bir çoxu maraqlı idi. Məsələn, "Ticket set up", "Mr. Bee", "Balta", "Darts Games", "Keepmycoin", "Brandcream". Əslində, hər bir startap maraqlıdır, əsas olan onu cəlbedici şəkildə təqdim etmək və dinamikanı hiss etməkdir.

Azərbaycanda startapların inkişafına göstərilən diqqətdən məmnun qaldım.

- Almaniyada startap qeydiyyatı prosesi haqqında bizə məlumat verə bilərsinizmi?

- Ən başlıca Industrie und Handelskammer-ə (eynilə Bakıdakı AHK) getmək lazım olur. Onlar nə edəcəyinə dair təlim və məsləhət verirlər. Almaniyada da bir çox startap mərkəzi var. Onlar da yeni sahibkarları təlimlər və otaqlarla təmin edirlər. Məsələn: https://www.rtz.de/home.html, or https://m.frankfurt-main.ihk.de/english/business/t...


Xəbərə aid fotolar