Zakir Qaralov Oğuzda 6 rayonun sakinləri ilə görüşəcək


Digərləri 20 İyl 2018 16:08:00 221 0

Zakir Qaralov Oğuzda 6 rayonun sakinləri ilə görüşəcək

Baş prokuror Zakir Qaralov cari il iyulun 27-də saat 10:00-da Oğuz rayon prokurorluğunun inzibati binasında Oğuz, Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyulun 27-də saat 10:00-da Oğuz rayon prokurorluğunun inzibati binasında Oğuz, Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.