Çerçesov: "Rusiya - Xorvatiya matçı dünya çempionatının ən yaxşı qarşılaşması oldu"


İdman 20 İyl 2018 15:46:00 340 0

Çerçesov: "Rusiya - Xorvatiya matçı dünya çempionatının ən yaxşı qarşılaşması oldu"

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov dünya çempionatı ilə bağlı müsahibə verib. Goal.az həmin müsahibəni ixtisarla təqdim edir.

- Rusiya komandası mundialda ¼ final mərhələsinə qədər irəlilədi və bu mərhələdə xorvatlara uduzdu...

- Əvvəlcə onu deyim ki, təşkilatı işlər yüksək səviyyədə həyata keçirildi. Düşünürəm ki, mundualın Rusiyaya verilməsı FİFA-nın doğru qərarı idi. Komandamız iki il ciddi hazırlıq prosesi keçdi. Heyəti təşkil etmək asan olmadı. Bəzi futbolçularımız zədəli idi. Bunula belə, bütün fikrimizi mundiala yöəltmişdik. Çempionatdan əvvəl Tirol-da məşq toplantımız oldu və bundan sonra komandanın tam heyəti müəyyənləşdi. Bilirdik ki, güclü komandalarla mübarizə aparacağıq. Mundialın açılış matçında qələbə qazanmaq Rusiya millisi üçün vacib idi. Qələbə qazanmaqla azarkeşləri komandamızın əzmkar mübarizə aparacağına inandırdıq.

- Komandanızın hansı oyunu sizi daha çox qane etdi?

- İspaniya və Misir komandaları ilə oyunumuzi qeyd edərdim. Hər iki oyuna qələbə üçün şıxmışdıq. Necə oynayacağımızı bilirdik. Ümumilikdə isə, mundialda keçirdiymiz 5 qarşılaşmanın hər birindən zövq aldım. Uruqvay millisinə də qalib gəlmək istərdik. Rəqiblərimizi çaşdırmaq üçün taktikanı dəyişmədik. Futbolçularımıza minnətdaram. Onlar əllərindən gələni etdilər.

-Xorvatiya matçından danışmadınız...

-Bu oyun haqqında xüsusi danışmaq istəməzdim. Amma hesab edirəm ki, Rusiya - Xorvatiya matçı dünya çempionatının ən yaxşı qarşılaşması oldu.

- Yetirmələrinizdən kimləri fərqləndirərdiniz?

- Heyətdə güclü futbolçular var. Qolovin, Dzyuba, Çernışev bacarıqlı, istedadlıdırlar. Ümumiyyətlə, komandanın bütün üzvləri nəyə qadir olduqlarını bu mundialda göstərdilər.