AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub


Digərləri 20 İyl 2018 15:36:00 227 0

AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücaət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş.Əkbərov son söz deyib. O, günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib. Sonra məhkəmə kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.