"Taliban" Əfqanıstanı qana boyadı


Dünya 20 İyl 2018 15:20:00 299 0

"Taliban" Əfqanıstanı qana boyadı

Əfqanıstanın şimalında Kunduz vilayətində "Taliban" radikal hərəkatı üzvlərinin silahlı hücumu olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 12 polis əməkdaşının həlak olduğu bildirilir.

Faktı polis nümayəndəsi İnamuddin Rəhmani təsdiq edib, lakin ölənlərin dəqiq sayını qeyd etməyib. Bununla belə, onun sözlərinə görə, qarşı tərəfə tutarlı cavab verilib, "Taliban" radikal hərəkatı böyük itikilərə məruz qalıb.