FİFA-dan Misirə cəza


İdman 20 İyl 2018 15:28:00 278 0

FİFA-dan Misirə cəza

FİFA-nın İntizam Komitəsi Misir Futbol Assosiasiyasını cərimələyib. Goal.az xəbər verir ki, buna səbəb DÇ-2018-dən əvvəl Misir yığmasının qadağan olunmuş vaxtda yoxlama görüşü keçirməsi olub. FİFA futbolçuların zədələnməsinin qarşısını almaq üçün 21-27 may aralığında yoxlama görüşləri keçirməyi qadağan etmişdi. Ancaq Misir bu qadağaya əhəmiyyət verməyərək, mayın 25-də Küveytlə qarşılaşmışdı - 1:1.

Məsələni araşdıran FİFA Misir Futbol Assosiasiyasına 50 min İsveçrə frankı cərimə kəsib.