Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü


Digərləri 20 İyl 2018 15:16:00 220 0

Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü

Sosial şəbəkələrdə Bakıda dəbdəbəli mənzillərini Küveytdən olan ərəb turistlərə 3 günlüyə kirayə verən və qayıdıb gördükləri mənzərə qarşısında şoka düşən ər-arvadın görüntüləri yayılıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, kadrlarda ərəblərin mənzili sözün əsl mənasında darmadağın etdiyi, hər tərəfi zibillədikləri, qarpızı yeyib qabığını döşəməyə atdıqları görünür. Kadr arxasından evin sahibəsi deyir: "Tüpürüm bunların verdiyi pula..."

Ər isə ərəbləri "harada olsalar tapacağını" deyir. Onlar yataq otağında gördükləri mənzərədən də şoka düşürlər və "uşaqları qoyma baxsınlar" deyirlər.

Videonun altında istifadəçilər çoxsaylı şərhlər yazıblar. Onların bir qismi ərəblərin puluna tamah salıb mənzillərini onlara kirayə verən ev sahiblərini qınayır, əksəriyyəti isə ərəblərin pintiliyindən bəhs edir.