"Taliban" Əfqanıstanı qana boyadı - 12 polis öldü


Digərləri 20 İyl 2018 15:02:06 239 0

"Taliban" Əfqanıstanı qana boyadı - 12 polis öldü

Əfqanıstanın şimalında Kunduz vilayətində "Taliban" radikal hərəkatı üzvlərinin silahlı hücumu baş verib.

Bakı. Əfqanıstanın şimalında Kunduz vilayətində "Taliban" radikal hərəkatı üzvlərinin silahlı hücumu baş verib. Trend-in məlumatına görə, hücum nəticəsində azı 12 polis əməkdaşının həlak olduğu bildirilir. Faktı polis nümayəndəsi İnamuddin Rəhmani təsdiq edib, lakin ölənlərin dəqiq sayını qeyd etməyib. Bununla belə, onun sözlərinə görə, qarşı tərəfə tutarlı cavab verilib, "Taliban" radikal hərəkatı böyük itikilərə məruz qalıb.