Stolüstü tennisçilərimiz gənclərin Avropa Çempionatının qalibidir


Digərləri 20 İyl 2018 14:54:00 265 0

Stolüstü tennisçilərimiz gənclərin Avropa Çempionatının qalibidir

Azərbaycan stolüstü tennisçiləri finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb

Bakı. Rumıniyanın Kluj-Napoka şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa Çempionatı keçirilir. Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda qızlardan ibarət Azərbaycan stolüstü tennisçiləri finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.