MoskvaBakı mikroavtobusu qəzaya uğradı:


Digərləri 20 İyl 2018 13:39:02 270 0

MoskvaBakı mikroavtobusu qəzaya uğradı:

Rusiyanın Stavropol diyarı ərazisində 3 avtomobil toqquşub. 

Son.az APA-ya istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qafqaz federal magistralının hava limanına dönən istiqamətində baş verib.

Moskva-Bakı marşrutu üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobus "Ford"  və "VAZ 2110" markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı mikroavtobusda 11 nəfər, "Ford"da 3 nəfər, "VAZ 2110" markalı avtomobildə isə 2 nəfər olub. Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 8-i Azərbaycan vətəndaşıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağır, digərlərinin durumu isə stabildir.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.