Mətbuat nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər FOTO


Digərləri 20 İyl 2018 13:28:00 270 0

Mətbuat nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər  FOTO

22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra "Əkinçi" qəzetinin təsisçisi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Ə.Amaşov bildirib ki, H.Zərdabinin təsisçisi olduğu "Əkinçi" qəzeti bizə milli kimliyimizi qaytardı: "Əkinçi" qəzeti bizə dünyada hansı istiqamətdə gedəcəyimizi göstərdi. "Əkinçi"dən doğan işıq sovet dövründə daha da gur parladı. Azərbaycan dilinin saflığında Azərbaycan mediası mühüm rol oynadı. Ötən əsrin sonlarında xalqımızın növbəti dəfə müstəqillik əldə etməsində Azərbaycan mətbuatı üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Azərbaycan mətbuatı həmişə xalqın yanında olub".

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".