Milyonlarla sürücü müddətsiz etiraz tətilinə başladı


Dünya 20 İyl 2018 13:30:00 239 0

Milyonlarla sürücü müddətsiz etiraz tətilinə başladı

Hindistanda 9 milyondan çox yük maşını sürücüsü dizel yanacağının qiymətlərinin və federal magistral yollardan keçməklə bağlı ödənişlərin azaldılması tələbi ilə bu gün müddətsiz etiraz tətilinə başlayıb.

Bu barədə report RİA "Novosti"yə istinadən məlumat yayıb.

"Dünən nəqliyyat naziri Nitin Qadkari ilə görüşdük, lakin hansısa ortaq qərara gələ bilmədik. Ardından maliyyə naziri Piyuş Qoyal ilə görüşdük", - Hindistanın ağır tonnajlı yük maşınları sürücülərinin həmkarlar ittifaqlarından birinin sədri Malkit Sinqh deyib.