Finlandiyada Putin-Tramp sammitinin təşkilinə xərclənən ilkin məbləğ açıqlanıb


Dünya 20 İyl 2018 13:11:47 347 0

Finlandiyada Putin-Tramp sammitinin təşkilinə xərclənən ilkin məbləğ açıqlanıb

Beynəlxalq ənənəyə əsasən, tədbirə ev sahibliyi edən ölkə onun keçirilməsi xərclərini ödəyib

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ dövlət başçısı Donald Tramp arasında Helsinkidə baş tutan sammitin təşkil edilməsinə və bilavasitə keçirilməsinəxərclənən vəsaitin həcmiilkin məlumata görə,4 milyon avronu keçib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Finlandiya Daxili İşlər Nazirliyi formalaşan beynəlxalq ənənəyə əsasən, tədbirə ev sahibliyi edən ölkənin onun keçirilməsi xərclərini ödədiyinə dair məlumat yayıb.

Xərclərin böyük hissəsi, təxminən, 2,7 milyon avro DİN-in payına düşüb. Bu vəsaitin 2 milyonu paytaxt polisinin gücləndirilmiş rejimdə işləməsinə sərf olunub, məbləğin qalan hissəsi isə Mərkəzi Kriminal Polisi, Təhlükəsizlik Polisi və Sərhəd Xidmətinin işinə xərclənib. Mühafizədə göstərdikləri yardıma görə nazirlik müdafiə qüvvələrinin hesabına 400 min avro köçürəcək. Qeyd etmək lazımdır ki, burada hələ qırıcı təyyarələrvə hərbi helikopterlərdən, eləcə də Hərbi Dəniz Donanmasının gəmilərindən istifadənin dəyəri nəzər alınmayıb.

Təqribən, 400 min avro iyulun 16-də mühafizəni təmin edən Müdafiə Qüvvələrinin əməkdaşlarına və hərbi qulluq keçən əsgərlərin ödənişinə sərf olunub. Akkreditə olunmuş jurnalistlərə verilən fin çiyələklərinə və noxudlarına, eləcə də onlar üçün ayrılmış saunaya 10 min avro xərclənib.

Həcminə görə ikinci böyük hesab Xarici İşlər Nazirliyinin payına düşüb - təxminən, 1-1,15 milyon avro. Bu məbləğin böyük hissəsi "Finlandiya" sarayının mətbuat mərkəzi kimi icarəyə götürülməsinə və onun işinin təşikilinə - mühafizəsinə, jurnalistlərin qida və texniki avadanlıqla təmin edilməsinə sərf olunub.

Xərclərin ümumi dəyəri barədə payızda məlumat veriləcək.